525.Az

Qubada ağır yol qəzası olub, 5 nəfər xəsarət alıb - ADLAR


 

Qubada ağır yol qəzası olub, 5 nəfər xəsarət alıb - <b style="color:red"> ADLAR</b>

Quba rayonunun Xucbala kəndi ərazisində "VAZ-2109" və “Opel” markalı minik avtomobilləri toqquşub.

525.az “Report”a istinadən xəbər verir ki, nəticədə 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bunlar 1979-cu il təvəllüdlü Zülfüqarov Elzamin Seyfulla oğlu, 1989-cu il təvəllüdlü Balayev Nurlan Cavanşir oğlu, 1985-ci il təvəllüdlü Əlixanov Elnur Ərəstun oğlu, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu və 1980-cı il təvəllüdlü Süleymanov Qahir Asəf oğludur.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

 





05.02.2024    çap et  çap et