525.Az

Bakıda avtoyuma məntəqəsindən qaçırılan maşınla qəza törədilib


 

Bakıda avtoyuma məntəqəsindən qaçırılan maşınla qəza törədilib<b style="color:red"></b>

Bakıda nəqliyyat vasitəsi qaçırılıb.

525.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 16-cı və 18-ci Polis şöbələri əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 3-də rayon ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “FAW” markalı avtomobili qaçırmaqda və yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Mingəçevir şəhər sakini Qılınc Abbasov saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

 





05.02.2024    çap et  çap et