525.Az

Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasında dəyişiklik olub


 

Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasında dəyişiklik olub<b style="color:red"></b>

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin Müşahidə Şurasının üzvlərindən biri dəyişib.

525.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, ASA-nın təsisçilərinin növbəti iclası keçirilib. İclasda ləğv edilmiş "Azərsığorta" ASC-nin nümayəndəsi "Meqa Sığorta" ASC-nin nümayəndəsi ilə əvəz edilib. Şuranın yeni üzvünün namizədliyini bütün təsisçilər dəstəkləyib.

Müşahidə Şurasında 9 sığorta şirkəti təmsil olunur.

 





05.02.2024    çap et  çap et