525.Az

Bakıda "Kəşmirlə Həmrəylik Günü"nə həsr olunmuş tədbir keçirilib


 

Bakıda "Kəşmirlə Həmrəylik Günü"nə həsr olunmuş tədbir keçirilib<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetində "Kəşmirlə Həmrəylik Günü"nə həsr olunmuş tədbir keçirilib.

525.az “Report”a istinadən xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iştirak edib.

“Azərbaycan Pakistanın və Kəşmir xalqının hüquqlarını fəal şəkildə dəstəkləyir. Bu problemin sülh yolu ilə həllini arzu edirik”, - tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla bildirib.

Rektorun sözlərinə görə, Azərbaycan Pakistanla mədəniyyət sahəsində əməkdaşlığa böyük önəm verir: “Universitetimizdə Pakistan dili mərkəzi fəaliyyət göstərir, tələbələr burada urdu dilini öyrənirlər".

Pakistanın Azərbaycandakı səfirliyin nümayəndəsi Zərminə Naz ölkəmizin Cammu və Kəşmir məsələsində beynəlxalq platformalarda rəsmi İslamabadı fəal dəstəklədiyini vurğulayıb: “Bu gün Pakistan hökuməti, xalqı öz ədalətli və qanuni mübarizələrinə sarsılmaz dəstəyini bir daha bəyan edir. Öz müqəddəratını təyin etmək hüququ beynəlxalq hüququn əsas prinsipidir”.

 





05.02.2024    çap et  çap et