525.Az

Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı barədə DTX-də istintaq aparılır


 

Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı barədə DTX-də istintaq aparılır<b style="color:red"></b>

Məlum olduğu kimi, Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya Respublikasının vətəndaşı saxlanılıb.

525.az "Report"a istinadən xəbər verir ki, o, Ermənistandan Azərbaycana keçmək istəyərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmalarının davam etdiyi məlum olub.

Daha əvvəl yayılan məlumata əsasən, onun saxlanılması barədə Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə məlumat verilib.

 





05.02.2024    çap et  çap et