525.Az

Pakistanda silahlı hücum - 10 polis öldürüldü


 

Pakistanda silahlı hücum - <b style="color:red">10 polis öldürüldü</b>

Pakistanın Hayber Paxtunxva əyalətində silahlıların polis məntəqəsinə hücumu nəticəsində 10 polis əməkdaşı həlak olub, 6-sı yaralanıb.

525.az Pakistan mediasına istinadən xəbər verir ki, silahlılar gecə saatlarında Hayber Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsində polis məntəqəsinə əl qumbaraları və ağır silahlarla hücum ediblər.

Hücumda 10 polis məmuru həyatını itirib, 6-sı yaralanıb.

Gecənin qaranlığından istifadə edərək qaçan silahlıların tapılması üçün əməliyyat başladılıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində silahlıların hücumları artır. İslamabad administrasiyası ona qarşı mübarizə aparan Pakistan Talibanının (TTP) Əfqanıstanda yerləşdiyini və Taliban administrasiyasının bu təşkilata qarşı tədbir görmədiyini iddia edir. Əfqanıstan isə Pakistanın iddialarını rədd edir və onların ölkədəki təhlükəsizlik problemləri ilə heç bir əlaqəsi olmadığını müdafiə edir.

Malik Atilay

 





05.02.2024    çap et  çap et