525.Az

Məzahir Pənahov Monteneqronun müşahidə missiyası ilə görüşüb


 

Məzahir Pənahov Monteneqronun müşahidə missiyası ilə görüşüb<b style="color:red"></b>

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan monteneqrolu həmkarı Nikola Mugosanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

525.az Secki-2024.az saytına istinadən xəbər verir ki, MSK sədri Məzahir Pənahov qonaqları salamlayaraq, görüşdən məmnunluğunu ifadə edib. 

Azərbaycanla Monteneqro arasında əlaqələrin uğurla inkişaf etdiyini söyləyən M.Pənahov bildirib ki, bu gün iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq inkişaf etməkdədir: "Ölkəmizdə keçirilən seçkilərdə Monteneqronun müşahidə missiyası mühüm rol oynayır. Biz hər zaman beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət veririk". 

MSK sədri vurğulayıb ki, prezident seçkiləri prosesini izləmək üçün 80-dən çox beynəlxalq media nümayəndəsi qeydiyyatdan keçib. 

Azərbaycanda olduğuna görə məmnunluğunu bildirən Nikola Mugosan göstərilən etimad üçün Məzahir Pənahova təşəkkür edib və Azərbaycanda keçiriləcək prezident seçkilərinin şəffaf baş tutacağına əminliyini bildirib.  

 





05.02.2024    çap et  çap et