525.Az

Myanmada 14 polis qonşu ölkəyə sığınıb


 

Myanmada 14 polis qonşu ölkəyə sığınıb<b style="color:red"></b>

Myanmada hərbi hökumətlə anti-xunta silahlı qruplaşması arasında toqquşmalar intensivləşib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Myanmada hərbi hökumətlə anti-xunta silahlı qruplaşması arasında baş verən qarşıdurma zamanı 14 sərhəd polisinin Banqladeşə qaçdığı bildirilib.

Banqladeşin daxili işlər naziri Əsəduzzaman Xan Kamal mətbuata açıqlamasında hərbi hökumətlə anti-xunta silahlı qruplaşması arasında baş verən münaqişədən qaçan və Myanmadan olan 14 sərhəd polisinin ölkəyə daxil olduğunu bildirib.

Kamal qarşıdurmalara görə sərhəddə təhlükəsizliyin gücləndirildiyi barədə məlumat paylaşıb.

Məhəmməd Tağıyev

 





05.02.2024    çap et  çap et