525.Az

Qazaxıstan Prezidenti hökuməti istefaya göndərib


 

Qazaxıstan Prezidenti hökuməti istefaya göndərib<b style="color:red"></b>

Qazaxıstan Prezdenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib.

525.az Report-a istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.

Məlumata görə, yeni hökumət formalaşdırılana qədər Baş nazir səlahiyyətlərini əvvəlki kabinetdə Baş nazirin birinci müavini Roman Sklyar icra edəcək.

Xatırladaq ki, Qazaxıstanın Baş naziri Alixan Smailov idi. O, 2022-ci il yanvarın 11-dən bu postu tuturdu.

 





05.02.2024    çap et  çap et