525.Az

UNEC Çində keçirilən ümumdünya konfransında təmsil olunub


 

UNEC Çində keçirilən ümumdünya konfransında təmsil olunub<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Çin Xalq Respublikasının Təhsil Nazirliyi tərəfindən Şanxay şəhərində təşkil olunan “Rəqəmsal təhsil: tətbiq, birgə istifadə və innovasiya” mövzusunda ümumdünya konfransında təmsil olunub.

UNEC-dən 525.az-a bildirilib ki, 80-dən çox ölkə və regiondan olan nümayəndələr təhsilin rəqəmsal transformasiyası üzrə ən son siyasətlərini və effektiv təcrübələrini bölüşüblər.

Konfransda rəqəmsallaşma üzrə prorektor Raqif Qasımov və UNEC Biznes Məktəbinin direktoru dosent Nazim Hacıyev iştirak edib.

Sevinc Qarayeva 

 





05.02.2024    çap et  çap et