525.Az

Xocalıda artilleriya mərmiləri aşkarlanıb


 

Xocalıda artilleriya mərmiləri aşkarlanıb<b style="color:red"></b>

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Xocalı rayonunda artilleriya mərmiləri aşkar edilib.

Bu barədə 525.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş 8 ədəd 122 mm zirehdələn, 273 ədəd qəlpəli-fuqaslı və 285 ədəd 122 mm top mərmiləri arxalığı təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib", - məlumatda qeyd edilib.

 





05.02.2024    çap et  çap et