525.Az

Kişida və onun kabinetinə ictimai dəstək 24,5 faizdir


 

Kişida və onun kabinetinə ictimai dəstək <b style="color:red">24,5 faizdir</b>

Yaponiyada aparılan araşdırmalar baş nazir Kişida Fumio və onun kabinetinə ictimai dəstəyin 24,5 faizə qədər düşdüyünü göstərib.

525.az xəbər verir ki, "Kyodo" agentliyi son 3 gündə 1000-dən çox insanla apardığı sorğuda Kişida və onun kabinetinə ictimai dəstəyi araşdırıb.

Sorğunun nəticəsi Baş nazir Kişida və onun kabinetinə ictimai dəstəyin 24,5 faizə qədər endiyini göstərib. Sözügedən sorğuda Fumio və kabinetini bəyənməyənlərin nisbətinin isə 58,9 faiz olduğu qeyd edilib.

Qeyd edək ki, Yaponiya siyasətində kabinetə dəstəyin 30 faizin altında qalması kritikdir.

Məhəmməd Tağıyev

 





05.02.2024    çap et  çap et