Türkiyə ikitərəfli münasibətlərin normallaşması çərçivəsində Misirə pilotsuz uçuş aparatları (PUA)verəcək.
525.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "A Haber" telekanalına müsahibəsində bildirib.
O, iki ölkə arasında əlaqələrin həm regional təhlükəsizlik, həm də ticarət baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Ankara və Qahirə Türkiyəyə pilotsuz təyyarələrin və digər texnologiyaların verilməsinə dair saziş imzalayıb.
Havar Şəfiyeva
çap et