Suriyada Fərat çayının qərb sahilində İranın dəstəklədiyi qruplar Deyr əz-Zor əyalətində ABŞ əsgərlərinin yerləşdiyi Ömər Neft Yataq Bazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Fərat çayının qərb sahilində yerləşən İranın dəstəklədiyi terrorçu qruplar çoxlu sayda kamikadze PUA ilə ABŞ qüvvələrinin yerləşdiyi Ömər neft yatağı bazasına hücum edib.
Hücumda can itkisi ilə bağlı heç bir məlumat yoxdur, ABŞ isə hələlik hücumla bağlı açıqlama verməyib.
Malik Atilay
çap et