Fransada müəllimlər maaşların yaxşılaşdırılması və yeni təhsil tənzimləməsinin dəyişdirilməsi tələbi ilə yenidən tətil edəcəklər.
525.az xəbər verir ki, ölkənin aparıcı təhsil həmkarlar ittifaqları tərəfindən edilən çağırışda fevralın 6-da müəllimlərin tətil edəcəyi bildirilib.
Tətil çağırışında önə çıxan tələblər arasında iş şəraitinin yaxşılaşdırılması və maaş artımı olduğu halda, Fransanın baş naziri Qabriel Attalın açıqladığı yeni təhsil qaydaları ilə bağlı tələblər də həftə ərzində keçiriləcək mitinqlərdə dilə gətiriləcək.
Qeyd edək ki, hökumətin təhsil siyasətinə qarşı çıxan müəllimlər fevralın 1-də tətilə çıxmışdı.
Məhəmməd Tağıyev
çap et