525.Az

Yəməndə husilərə aid 36 hədəf vuruldu


 

Yəməndə husilərə aid 36 hədəf <b style="color:red">vuruldu</b>

ABŞ və İngiltərə Yəməndə husilərə aid 13 məntəqədə 36 hədəfə birgə hücum təşkil edib.

525.az xarici mediaya əsasən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyindən verilən açıqlamada husilərin Qırmızı dənizdəki hücumlarına görə hədəf alındığı qeyd edilib.

Açıqlamada, ABŞ və İngiltərənin Yəmənin 13 fərqli bölgəsində husilərə aid cəmi 36 hədəfi hava hücumları ilə vurduğu və bu hücumlarda husilərin silah anbarları, raket sistemləri və buraxılış sistemləri, hava sistemlər və radarlar hədəfə alınıb.

Digər tərəfdən ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndən Qırmızı dənizə atılmağa hazırlaşan husilərə aid 6 gəmi əleyhinə raketin məhv edildiyini açıqlayıb.

CENTCOM-un "X" sosial media hesabından verilən açıqlamada Qırmızı dənizdə gəmilərə qarşı istifadə edilmək üçün hazırlanan husilərə məxsus 6 gəmi əleyhinə raketin zərərsizləşdirildiyi bildirilib.

Malik Atilay

 





06.02.2024    çap et  çap et