Şimali İrlandiyanın Sinn Fein üzrə birinci naziri Mişel O'Neill Böyük Britaniya hökumətinin İrlandiyanın Böyük Britaniyadan ayrılmasına imkan verdiyi iddiasına qarşı çıxıb.
525.az xəbər verir ki, siyasətçi bu barədə Britaniyanın "Sky News" nəşrinə müsahibəsində məlumat verib.
Bildirilib ki, müvafiq bəyanat Şimali İrlandiyanın Böyük Britaniyada qalmasını müdafiə edən Demokratik Birlik Partiyasının sənədində yer alıb.
Qeyd edək ki, bundan əvvəl ölkənin baş naziri Leo Varadkar prankerlər Vovan və Lexus ilə söhbətində Şimali İrlandiyanın öz müqəddəratını təyin etməsi və Böyük Britaniyadan ayrılması ilə bağlı çıxış edib.
Havar Şəfiyeva
çap et