525.Az

Venesuelada zəlzələ olub


 

Venesuelada zəlzələ olub<b style="color:red"></b>

Venesuelanın şimalındakı Sukre ştatında 5,1 maqnitudalı zəlzələ baş verib.

525.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 40 min nəfər əhalisi olan Quiriya şəhərindən 12 km şimal-qərbdə yerləşib.

Zəlzələ ocağı yerin 10 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

 





06.02.2024    çap et  çap et