525.Az

Xankəndidə 1 pulemyot, 20 avtomat olmaqla xeyli silah-sursat aşkar edilib


 

Xankəndidə 1 pulemyot, 20 avtomat olmaqla xeyli silah-sursat aşkar edilib<b style="color:red"></b>

Xankəndi şəhərində xeyli silah-sursat tapılıb.

525.az-a bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 5-də Xankəndi şəhəri ərazisində 1 ədəd pulemyot, 20 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança, 9 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 27 ədəd alışdırıcı, 122 ədəd patron darağı, 5775 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

 





06.02.2024    çap et  çap et