525.Az

Ötən gün Azərbaycanda 33 kiloqrama yaxın narkotik aşkarlanıb


 

Ötən gün Azərbaycanda 33 kiloqrama yaxın narkotik aşkarlanıb<b style="color:red"></b>

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 5-də ümumi çəkisi 33 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 15 kiloqramdan artıq heroin, 16 kiloqrama yaxın marixuana, 2 kiloqramdan çox metamfetamin, həmçinin 1010 ədəd metadon həbi olub.

Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.

 





06.02.2024    çap et  çap et