525.Az

TDT-nin müşahidəçiləri işğaldan azad edilmiş ərazilərdə seçkiləri izləyəcəklər


 

TDT-nin müşahidəçiləri işğaldan azad edilmiş ərazilərdə seçkiləri izləyəcəklər<b style="color:red"></b>

Türk Dövlətləri Təşkilatının (TDT) Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) fevralın 7-nə təyin edilmiş prezident seçkilərini izləmək üçün Azərbaycanda fəaliyyətə başlayıb.

525.az Secki-2024.az-a istinadən xəbər verir ki, TDT-nin baş katibi, səfir Kubanıçbek Ömuralıyevin rəhbərlik etdiyi missiyaya qurumun katibliyinin rəsmiləri, üzv dövlətlərin Mərkəzi Seçki komissiyalarının (MSK) nümayəndələri və TDT ölkələrinin mütəxəssisləri daxildir. Nümayəndə heyətinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində və MSK-da görüşləri nəzərdə tutulub.

TDT-nin müşahidəçiləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə də seçkiləri izləyəcəklər. TDT-nin nümayəndə heyətinin fevralın 8-dək Azərbaycanda səfərdə olacağı nəzərdə tutulub.

 





06.02.2024    çap et  çap et