525.Az

Azərbaycanın Vikipediya icmasının fədakarlığı - Sosial şəbəkədə yazılanlar


 

Azərbaycanın Vikipediya icmasının fədakarlığı - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Elnur Allahverdiyev, millət vəkili:

- Vikipediyanın Azərbaycan dili bölməsində dərinlik (keyfiyyət) 42-dən 43-ə yüksəlib. Bu uğurlu göstəricinin arxasında Azərbaycan Vikipediya icmasının birgə zəhməti və fədakarlığı dayanır. Hər bir könüllü, idarəçi platformaya öz töhfəsini verməyə çalışır.

Bu gün Vikipediyanın Azərbaycan dili bölməsində keyfiyyətli, məzmunlu, istinadlarla zəngin məqalələr yaradılır və zənginləşdirilir. Vikipediyanın Azərbaycan dili bölməsindəki bu inkişaf doğma dilimizdə məlumat bazasının artmasına və zənginləşməsinə xidmət edir. Vikipediya ciddi platformadır və burada fəal olmağımız milli maraqlar, təbliğati nöqteyi-nəzərdən olduqca vacibdir.

 

Kəramət Böyükçöl, yazıçı: 

- Deyir ki, internet, feysbuk, tiktok, bu qədər informasiya mənbələri ola-ola kitab oxumağa ehtiyac qalmır. Deyirəm, feysbuk, tiktokdakılar informasiya deyil, informasiya zəhərlənməsidir. Teksun yağı ilə böyüyən uşaqların ağzında sarı inək yağı pis daddığı kimi, sən də necə zəhərlənmisənsə, tiktoka, feysbuka informasiya mənbəyi kimi baxırsan. Ağızın dadı itdiyi kimi, sən də zövqünü itirmisən. Aç təmiz Azərbaycan dilində yazılmış bədii bir əsər oxu. Diqqətlə, səbirlə, təmkinlə... Gör beynin necə təmizlənəcək, ruhun necə qidalanacaq.

 

Əziz Əlibəyli, jurnalist:

- Bu gün ilk dəfə Kərkük-Bakı istiqamətində aviareys baş tutub.

 

Tural Cəfərov, yazıçı:

- "McDonald's Azerbaijan"da uşaqlara gürcü dilində kitab verilməsi ilə bağlı xəbəri sizinlə bölüşmüşdüm. Makdonalsddan zəng vurub üzr istədilər və məsələnin texniki yanlışlıqdan qaynaqlandığıını bildirdilər. Gürcü dilində bütün kitabların yığışdırıldığını da qeyd etdilər. Kitabları dəyişmək istədilər və məni öz restoranlarına da dəvət etdilər  (Bu təkliflərdən nəzakətlə imtina etdim). Beləliklə, uşaqlarımıza Azərbaycan dilində kitab verilməsi bərpa edildi...

 

Xaqani Səfəroğlu, jurnalist:

- Sovet dövründə AZTV-də "Hekayə axşamı" proqramı olurdu. Tanınmış aktyorlar dünya və milli yazıçılarımızın hekayələrini gözəl diksiya ilə oxuyur, aktyorlar tamaşa halında canlandırırdılar.

Radioda poeziya dəqiqələri adı ilə görkəmli aktyorlarımız qəzəl, şeir oxuyardılar. İnsanın ruhu dincəlirdi. İndiyə qədər Həsən Turabovun, Həsən Əblucun, Əminə Yusifqızının ud alətinin səsi fonunda oxuduqları qəzəllər qulağımdadır.

Bu səslər insanlarda düzgün diksiya, ifadəli oxu və söz ehtiyatı baxımından böyük izini saxlayırdı.

Niyə bizim TV-lər və radiolar bu təcrübəni tətbiq etmir?

Efiri bağırtı, boğuq səslər, Azərbaycan dilinin anasını ağladan, vurğu, heca, ahəng qanunundan xəbərsiz səslər bürüyüb...

 

Asif Nərimanlı, jurnalist:

- İlham Əliyev sülh üçün Ermənistanın konstitusiya və müstəqillik bəyannaməsinin dəyişdirilməsi şərtini irəli sürüb.

44 günlük müharibədən sonra bu haqda bir neçə dəfə yazmışdıq: Ermənistan konstitusiyası müstəqillik bəyannaməsinin müddəalarının yerinə yetirilməsini vəzifə olaraq müəyyənləşdirir; müstəqillik bəyannaməsində qondarma "miatsum" ideyası ilə Azərbaycana, "Qərbi Ermənistan" iddiası ilə Türkiyəyə qarşı iddia irəli sürülür.

Bu iddialar konstitusiyadan götürülmədiyi təqdirdə sülh sazişinin imzalanması mümkün deyil, hətta Paşinyan hakimiyyəti sülhə imza atsa belə, hakimiyyət dəyişikliyi baş verəndə yeni qüvvələr konstitusiyaya əsasən ərazi iddialarını yenidən davam etdirəcək. Bu baxımdan, təkcə sülh sazişinin imzalanması ilə iş bitmir, Ermənistanın ərazi iddiaları hüquqi sənədlərindən də təmizləməlidir. Artıq rəsmi Bakı bunu tələb kimi irəli sürür.

Ermənistanda yeni konstitusiyanın qəbul edilməsi müzakirələrinin başlanması isə Bakının tələbini nəzərə aldıqlarını göstərir.

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti: 

- Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə mövqeyini xeyli yaxşılaşdırıb.

Estoniyanın e-İdarəetmə Akademiyasının hazırladığı növbəti Kibertəhlükəsizlik üzrə Milli İndeks (National Cyber Security İndex 2024) açıqlanıb.

Bu dəfə qiymətləndirmədə cəmi 31 ölkə əhatə olunub. Metedologiya təkmilləşdirilib.

Bu qlobal indeks kibertəhlükəsizlik sahəsində ölkələrin hazırlığını real vaxt rejimində ölçür.

Bu il 49 indikator üzrə qiymətləndirilən reytinq cədvəlində Azərbaycan 66.67 balla 12-ci pillədə qərarlaşıb.

Ötən il isə bu reytinqdə Azərbaycanın mövqeyi 176 ölkə arasında 33 pillə qalxaraq 86-cı yerdən 52-ci yerə yüksəlmişdi.

Qurumun saytındakı arxivdən görünür ki , 2016-2023-cü illər ərzində bu reytinqdə ölkəmiz tərəfindən əldə olunmuş ən yüksək nəticə 63.64 bal olub.

Bu il əldə olunan 66.67 bal indiyədək Azərbaycanın bu reytinqdə qazandığı ən yüksək nəticədir.

Xatırladıram ki, 2022-ci ilədək Azərbaycanın mövqeyi bu reytinqdə ancaq aşağıya doğru gedirdi.

Azərbaycanın bu qlobal indeksdə yüksək nəticə göstərməsi reallığı əks etdirirmi?

Düşünürəm ki, göstərici reallığı tam olaraq əks etdirir və bu uğurda aşağıdakılar ciddi rol oynayıb :

- son iki ildə bu sektorda ciddi ke

yfiyyət dəyişiklikləri baş verib

- uzun illər müzakirə olunan strategiya ötən il qəbul edilib

- kritik sektorla bağlı yeni səlahiyyətlər əldə edən DTX və XRİTDX tərəfindən uğurlu addımlar atılıb.

 - RİNN İsrailin Technion Universiteti ilə birgə sektorda kadr hazırlığı sahəsində uğurlu addımlar atıb:

- son ildə ETX-nin fəaliyyəti də nəzərə çarpacaq dərəcədə artıb

- XRİTDX-nin bu sektorda beynəlxalq (Türkiyə, İsrail ) əlaqələri güclənib, hesabatlığı və aktivliyi xeyli yüksəlib, maraqlı tərəflərin iştirakı ilə ciddi müzakirələr və tədbirlər təşkil edib

- bu sektorda yeni səlahiyyətlər əldə edən DİN-in də fəaliyyəti canlanıb.

- Universitetlərdə, xüsusilə AzTU-da iki kiber struktur formalaşdırılıb, yeni kurikulumlar təsdiqlənib, Türkiyə ilə bu istiqamətdə əlaqələr güclənib və s.

Xatırladıram ki, kibertəhlükəsizlik və kibercinayətkarlıqla bağlı məsələlərə ölkəmizdə RİNN-nin Elektron Təhlükəsizlik Xidməti, DTX, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və DİN cavabdehdir.

 

Fərid Pərdəşünas, texnobloger:

- Qanunsuz mərc oyunları ilə bağlı yenə zərərçəkənlərdən müraciətlər gəlir. Bu platformalar uduşlar böyüyəndə əsassız səbəblərlə oynayanların pulunu vermirlər.

Belə platformaları reklam edən məşhur səhifələr, idmançılar nə düşünür görəsən? Qanunsuz əməl törətmələri bir kənara, heç işin sosial məsuliyyətini də hiss etmirlər?

Reklamı qoyun qırağa, ümumiyyətlə qanunsuz platformalarda mərc etmək belə qadağandır və inzibati xətadır. 3,000 manat cəriməsi var iştirakın. Bu platformalar konkret ölkədə olan pulu xaricə sovurur. son günlər dollara tələb artıb. Elmin cəmiyyətin inkişafındakı rolu

Bu məsələdə adiyyəti qurumlar sərt addımlar atmalıdır. Rəqəmlər böyüyür günü-gündən.

 

Vüqar Bayramov, millət vəkili: 

- Valyuta hərraclarında dollara tələbin yenidən yüksəlməsi müşahidə olunub. Dünən keçirilən hərracda 78.7 milyon dollarlıq sifariş qeydə alınıb. 2 gün öncə isə daha 64.2 milyon dollar satılmışdı. Bu son 2 hərracda 142.9 milyon dolların satılması deməkdir. Qeyd edək ki, yanvar ayının 25 və 23 tarixlərində keçirilən hərraclarda sifariş ayrı-ayrılıqda 50 milyon dollara çatmırdı. Bu isə ondan xəbər verir ki, son günlər dollara tələb artıb. Bunun psixoloji tərəfləri olsa da, valyuta bazarında volatillik ehtimalı ilə bağlı yayılan xəbərlər də tələbi gücləndirir. Bu baxımdan, Mərkəzi Bankın kommunikasiyadan daha aktiv şəkildə istifadə etməsi çox vacibdir.

Doğrudur, Azərbaycanda idxalın artması da dollara tələbi yüksəldir. Belə ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycan idxalı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5.1 faiz artaraq 15.8 milyard dollara çatıb. İllik rekord idxalın qeydə alınacağı istisna deyil.

Dollara tələbin artması kontekstində 2024-cü ildə manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə əvvələrdə də qeyd etdiyimiz kimi, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır.

 

Etibar Əliyev, millət vəkili:

- Elmin cəmiyyətin inkişafındakı rolu danılmazdır. Bizim sivilizasiyanın strukturu güclü şəkildə dəyişmiş və dəyişməkdə davam edir. Təkcə XX əsrin kəşfləri cəmiyyətin simasını əsaslı şəkildə dəyişmişdir. Buna görə də elmin inkişafının cəmiyyətin tarixinə təsirini öyrənmək olduqca maraqlıdır. Böyük elm tarixçisi ingilis alimi Jon Bernal haqlı olaraq elmə institut, metod, biliklərin toplanması ənənəsi, istehsalın inkişaf faktoru, sülhə, bəşəriyyətin inkişafına təkan verən faktor kimi baxırdı. Bernal yazırdı: "Elmin inkişafının nəticəsində milyonlarla insan elmi özlərinə sənət kimi seçdilər. Özü-özündə "elm" in ("science") bir o qədər qədim tarixi yoxdur". 1840-cı ildə özünün "İnduktiv elmlərin fəlsəfəsi" əsərində ilk dəfə "alim" ("scientist") sözünü işlədən ingilis filosofu Uilyam Uevell yazırdı: "Elmlə məşğul olan adamlara mütləq bir ad seçmək lazımdır. Mən onlara "alim" deyirəm. Bizim təsəvvürümüzdə bu insanlar bir-birilərindən ayrı düşüblər. Onların bir qismi qapalı laboratoriyalarda çalışır, digərləri mürəkkəb hesablamalar və isbatlarla məşğul olurlar. Onların istifədə etdikləri dili yalnız kolleqaları bilirlər. Bu cür münasibətlərə bir neçə haqq qazandırmaq olar: aydın məsələdir ki, elm bizim gündəlik həyat tərzimizə təsir göstərərək inkişaf edir. Bununla yanaşı, elmin dili bütünlüklə anlaşılmır. Elmin müxtəlif sahələrində çalışan həqiqi alimlər dərhal başa düşdülər ki, onların kəşfinin anlaşılması üçün xüsusi dil yaratmaq lazımdır. Alimlərin çox hissəsi isə tərcüməyə arxayınlaşıb narahat olmurlar. Elm artıq sərbəst peşəyə çevrildiyindən uzunmüddətli praktika və ciddi öyrənmə tələb edir.

Elmin populyarlaşdırılması tərcümələr üçün də geniş üfüqlər açır. Məhz populyarlaşdırma elmə marağı artırır. Məncə, böyük alman fiziki Nobel mükafatı laureatı Ervin Şredinger "Həyat nədir?" kitabını yazmaqla həm də elmin populyarlaşdırılmasına yeni töhfə verdi.

Elm sahələri üzrə Nobel mükafatına layiq görülmüş böyük alimlərin Elmin populyarlaşdırılması işinə qoşulmaları elmi kəşflərin anlaşılmasının yeni müstəvisini yaratdı.

 





06.02.2024    çap et  çap et