525.Az

Sahibkarlığın İnkişafı Fondunun rəhbərliyinə yeni təyinat olub


 

Sahibkarlığın İnkişafı Fondunun rəhbərliyinə yeni təyinat olub<b style="color:red"></b>

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna sədr müavini təyin olunub.

525.az xəbər verir ki, bu vəzifə Emin Şirinova həvalə edilib.

Qeyd edək ki, E.Şirinov bundan öncə Fondda Layihələrin təhlili şöbəsinin müdiri vəzifəsində çalışıb.

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs Azərbaycan Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə 1992-ci ildə təsis edilmiş Sahibkarlığa Kömək Milli Fondunun hüquqi bazası əsasında yaradılıb.

 





06.02.2024    çap et  çap et