525.Az

Ötən il "Bakubus" avtobusları ilə sərnişindaşıma 15 faiz artıb


 

Ötən il "Bakubus" avtobusları ilə sərnişindaşıma 15 faiz artıb<b style="color:red"></b>

Ötən il Bakıda sərnişindaşımanı həyata keçirən "Bakubus" MMC-yə məxsus avtobuslarla 123 milyon 673 min 912 sərnişin daşınıb.

525.az-a bu barədə şirkətdən bildirilib.

Məlumata görə, bu, 2022-ci illə müqayisədə 15 % çoxdur.

Şirkətə məxsus avtobuslarla 2022-ci ildə 107 milyon 138 min 73, 2021-ci ildə 85 milyon 837 min 887 sərnişin daşınması həyata keçirilib. Bu da illik müqayisədə müvafiq olaraq 25 % və 13 % çoxdur. 2020-ci ildə isə "Bakubus" avtobusları ilə daşınan sərnişinlərin sayı 75 milyon 703 min 741 olub.

 





06.02.2024    çap et  çap et