525.Az

Valyuta hərracında bankların dollar tələbi 80 milyona yaxınlaşıb


 

Valyuta hərracında bankların dollar tələbi 80 milyona yaxınlaşıb<b style="color:red"></b>

6 fevral 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

525.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 79.7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 1.3% çoxdur. Belə ki, 1 fevralda keçirilən valyuta hərracında banklar 78.7 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

 





06.02.2024    çap et  çap et