ABŞ və Böyük Britaniya Yəmənin şimal-qərbindəki Səda şəhərinə hava zərbəsi endiriblər.
525.az xəbər verir ki, husilərə bağlı SABA agentliyində yer alan xəbərə görə, ABŞ və İngiltərəyə məxsus döyüş təyyarələri Sədanın şərqinə 3 hava zərbəsi endirib.
Qeyd edək ki, Yəmənin şimal-qərbində, Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Səda husilərin “qalası” kimi tanınır.
Malik Atilay
çap et