525.Az

Meksikada iki ayrı atışma nəticəsində 9 nəfər ölüb


 

Meksikada iki ayrı atışma nəticəsində <b style="color:red">9 nəfər ölüb</b>

Meksikanın Qerrero və Sonora əyalətlərində baş verən silahlı hücumlarda 9 nəfər həyatını itirib.

525.az xəbər verir ki, Çilpansinqo şəhərində şosedə mikroavtobusa edilən hücumda 5 nəfər həyatını itirərkən, Sonora əyalətinin Kaborka qəsəbəsində isə 4 kənd təsərrüfatı işçisi öldürülüb.

Hücumlarda 7 nəfər yaralanarkən, təhlükəsizlik qüvvələri məsul şəxslərin tutulması üçün genişmiqyaslı əməliyyat başladıb.

Qeyd edək ki, hücumlarla bağlı əyalət prokurorluqları istintaqa başlayıb.

Məhəmməd Tağıyev

 





06.02.2024    çap et  çap et