Fransa Rusiyanın Parisdəki səfiri Aleksey Meşkovu Ukraynada qeyri-hökumət təşkilatlarında çalışan iki Fransa vətəndaşının ölümündən sonra Xarici İşlər Nazirliyinə çağırıb.
525.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi Ukraynada humanitar yardım fəaliyyəti ilə məşğul olan iki Fransa vətəndaşının Rusiyanın hücumları nəticəsində öldürülməsindən sonra Rusiya səfiri Meşkovun nazirliyə çağırıldığını açıqlayıb.
Ukraynanın Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin iki Fransa vətəndaşı olan humanitar yardım işçisinin Rusiyanın hücumları nəticəsində həyatını itirdiyini bildirmişdi.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron sosial media hesabından hücumu pisləmişdi.
Məhəmməd Tağıyev
çap et