525.Az

Səudiyyə Ərəbistanı ilə "Lockheed Martin" arasında müqavilə


 

Səudiyyə Ərəbistanı ilə "Lockheed Martin" arasında <b style="color:red">müqavilə</b>

Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyi və Hərbi Sənaye Şurası ilə Amerikanın "Lockheed Martin" şirkəti arasında Regional Yüksəklikdə Hava Hücumundan Müdafiə (THAAD) sisteminin hissələrinin istehsalının lokallaşdırılmasına dair saziş imzalanıb.

525.az xəbər verir ki, Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyi açıqlamasında Ər-Riyadda keçirilən Müdafiə Sərgisi tədbirləri çərçivəsində nazirlik və Hərbi Sənaye Şurası "Lockheed Martin" və "Airbus" şirkətləri arasında ikitərəfli 11 müqavilənin imzalandığı bildirilib.

Belə ki, yeni sazişlərin məqsədi müdafiə sektorunda və hərbi sənayedə investisiyaların, texnologiya transferinin və inkişafın gücləndirilməsidir.

Məhəmməd Tağıyev

 





06.02.2024    çap et  çap et