Sudan hərbi kəşfiyyatı çevriliş hazırlayan zabitləri saxlayıb.
525.az xəbər verir ki, bu barədə “Al Sudani” mənbələrə istinadən məlumat yayıb.
Saxlanılan polkovnik, polkovnik-leytenant və mayor Omdurman şəhərində əməliyyat şöbəsində xidmət edirdilər. Qəzetin mənbəsinin sözlərinə görə, briqada generalı və komandirin Sudanda həbsinə hazırlıq gedir.
“Bu zabitlərin əsgərlərlə, ehtiyatda olanlarla, insanlarla yaxşı münasibəti var. Onların işlədiyi müddətdə biz bir dəfə də olsun göstərişin pozulması və ya dövlət çevrilişinə çağırış görmədik”, - deyə mənbə bildirib.
Havar Şəfiyeva
çap et