525.Az

Braziliyada karnaval ərəfəsində "Denge" qızdırması yayılıb


 

Braziliyada karnaval ərəfəsində "Denge" qızdırması yayılıb<b style="color:red"></b>

Braziliyanın Rio-de-Janeyro şəhərində yoluxmuş ağcaqanadların sancması ilə ötürülən "Denge" qızdırmasının yayılması səbəbindən karnavaldan əvvəl fövqəladə vəziyyət elan edilib.

525.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Braziliyada karnaval şənliklərinin bu cümə günü başlaması planlaşdırılır. Səlahiyyətlilər bayramın ləğvi ilə bağlı məlumat verməyiblər, lakin qızdırmanın yayılması ilə mübarizə üçün hazırda təcili tədbirlər görülür.

Qeyd olunur ki, Rio-de-Janeyro Bələdiyyəsi on sağlamlıq mərkəzi açıb və həmçinin "Denge" xəstələri üçün təcili yardım mərkəzi yaradılıb. 

Havar Şəfiyeva

 





06.02.2024    çap et  çap et