525.Az

Cənubi Koreya Səudiyyəyə 3,2 milyard dollarlıq raketdən müdafiə sistemi göndərəcək


 

Cənubi Koreya Səudiyyəyə 3,2 milyard dollarlıq raketdən müdafiə sistemi göndərəcək<b style="color:red"></b>

Cənubi Koreyanın müdafiə şirkəti "LIG Nex1" Səudiyyə Ərəbistanına 3,2 milyard ABŞ dolları dəyərində "M-SAM II" zenit-raket kompleksləri tədarük edəcək.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikasının Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, "M-SAM II" zenit-raket kompleksləri 40 km-ə qədər yüksəklikdə raketləri zərərsizləşdirməyə qadirdir.

"LIG Nex1" şirkəti bu sistemləri təchiz etmək üçün 2022-ci ilin yanvarında BƏƏ ilə saziş imzalayıb.

 





06.02.2024    çap et  çap et