Almaniya kansleri Olaf Şolts İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında Qəzza zolağına humanitar yardımların çatdırılmasında yaranan problemlərin təcili həll edilməli olduğunu bildirib.
525.az xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Steffen Hebestreitin verdiyi açıqlamaya görə, Şolts və Netanyahu telefonla danışıb.
Görüş zamanı kansler Netanyahudan Qəzza zolağında və İsrail-Livan sərhədində hərbi vəziyyətlə bağlı məlumat alıb.
Fələstin mülki əhalisi üçün mövcud təchizat və təhlükəsizlik vəziyyətinin çox narahatlıq doğurduğunu bildirən Şolts, Qəzza zolağında humanitar yardımların çatdırılması yaşanan problemlərin təcili həll edilməli olduğunu vurğulayıb. O, həmçinin Federal Hökumətin yalnız danışıqlar yolu ilə əldə edilmiş iki dövlət formulunun Yaxın Şərq münaqişəsinin davamlı həllinə yol açacağına dair fikirlərini çatdırıb.
Kansler qeyd edib ki, Almaniya hökuməti girovların tezliklə azad edilməsi üçün bütün səyləri fəal şəkildə dəstəkləyir.
Malik Atilay
çap et