525.Az

Laçında 5 məntəqədə prezident seçkiləri üzrə səsvermə keçirilir


 

Laçında 5 məntəqədə prezident seçkiləri üzrə səsvermə keçirilir<b style="color:red"></b>

İşğaldan azad olunan Laçın rayonunda növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə başlayıb.

525.az Secki-2024.az saytına istinadən xəbər verir ki, 121 saylı Laçın seçki dairəsinin Laçında 5 məntəqəsi yaradılıb. Məntəqələrin 3-ü Laçın şəhərində, digərləri isə Zabux və Qorçu kəndlərində yerləşir. Laçında ümumilikdə 6020 seçici qeydiyyata alınıb.

Qeydiyyatdan keçən müşahidəçilərin sayı isə 65 nəfərdir.

 





07.02.2024    çap et  çap et