525.Az

Türkiyədə prezident seçkiləri üzrə seçki məntəqələri fəaliyyətə başlayıb


 

Türkiyədə prezident seçkiləri üzrə seçki məntəqələri fəaliyyətə başlayıb<b style="color:red"></b>

Bu gün keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Türkiyədəki səfirliyi, İstanbul və Qars şəhərlərindəki baş konsulluqları tərəfindən seçki prosesinə start verilib.

525.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin Ankarada yerləşən inzibati binasında yerli vaxtla saat 8-də yaradılan iki seçki məntəqəsi seçicilərin səsverməsi üçün açılıb.  Formalaşdırılan məntəqə seçki komissiyaları da fəaliyyətə hazırdır. Məntəqələrdə seçki kabinələri və şəffaf seçki qutuları yerləşdirilib.

Xatırladaq ki, Türkiyədə Azərbaycan vətəndaşlarının sıx yaşadığı nəzərə alınaraq və seçki qanunvericiliyinə uyğun olaraq qardaş ölkədə 5 seçki məntəqəsi yaradılıb.  Səfirliyimizin inzibati binasında 46 və 47 saylı seçki məntəqələri ilə yanaşı, İstanbuldakı baş konsulluqda 53 və 54, Qarsdakı baş konsulluqda isə 55 saylı seçki məntəqələri bu gün eyni vaxtda fəaliyyətə başlayıb (Secki-2024.az).

 





07.02.2024    çap et  çap et