525.Az

Kəlbəcərdə seçkiləri 28 yerli müşahidəçi izləyəcək


 

Kəlbəcərdə seçkiləri 28 yerli müşahidəçi izləyəcək<b style="color:red"></b>

İşğaldan azad olunan Kəlbəcər rayonunda növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə başlayıb.

525.az Secki-2024.az saytına istinadən xəbər verir ki, 123 saylı Kəlbəcər Seçki dairəsinin Kəlbəcərdə iki məntəqəsi yaradılıb. Kəlbəcər şəhərində fəaliyyət göstərən Bakı Abadlıq şirkətinin inzibati binasında yaradılan 63 saylı seçki məntəqəsində 603, Kəlbəcər Su - Kanal idarəsinin inzibati binasında yaradılan 64 saylı məntəqədə isə 875 nəfər səsvermədə iştirak edəcək.

Kəlbəcər rayonunda ümumilikdə 1 478 seçici qeydiyyata alınıb. Seçkilərin gedişini ümumilikdə 28 yerli müşahidəçi izləyəcək.

 





07.02.2024    çap et  çap et