525.Az

"Azərbaycan xalqının sevinc içində seçkilərə gəldiyini görürük" -  Beynəlxalq müşahidəçi


 

"Azərbaycan xalqının sevinc içində seçkilərə gəldiyini görürük" - <b style="color:red"> Beynəlxalq müşahidəçi</b>

“Biz bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri prosesini izləyirik. Hazırda seçki məntəqəsindəyik, seçki prosesi qanunvericiliyə uyğun şəkildə keçirilir”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Özbəkistandan olan beynəlxalq seçki müşahidəçisi Khalmukhammed Paluanlyazov deyib.

Özbəkistandan olan beynəlxalq müşahidəçi qeyd edib ki, məntəqədə seçki prosesinin baş verməsi üçün bütün qaydalara əməl edilir.

“Seçicilər məntəqəyə gəlir, onlar seçici siyahısında adlarını aşkarladıqdan sonra müəyyən prosedurdan keçir, bülleteni götürərək səsvermə kabinələrinə keçirlər. Orada istədikləri namizədə səs verdikdən sonra bülleteni seçki qutusuna atırlar. Biz düşünürük ki, seçki prosesi normal şəkildə keçəcək. Azərbaycan xalqının sevinc içində, ölkənin gələcəyinə inam nümayiş etdirərək seçkilərə gəldiyini görürük. Biz Azərbaycan xalqının seçiminə hörmətlə yanaşırıq. Bizim xalqlarımız çox yaxın, doğmadırlar. Buna görə də seçki prosesinə bu cür yüksək səviyyəli hazırlığa görə, təşəkkür edirik”, - Khalmukhammed Paluanlyazov vurğulayıb.

 





07.02.2024    çap et  çap et