525.Az

Salyanda seçicilər səsvermə hüququndan aktiv istifadə edirlər


 

Salyanda seçicilər səsvermə hüququndan aktiv istifadə edirlər<b style="color:red"></b>

Salyanda növbədənkənar prezident seçkiləri üzrə səsverməyə start verilib.

525.az Secki-2024.az saytına istinadən xəbər verir ki, rayonda 64 saylı Salyan və 65 saylı Salyan – Biləsuvar – Neftçala seçki dairələri fəaliyyət göstərir. Dairədə 38-i Salyan, 6-sı Biləsuvar və 5-i Neftçalada olmaqla 49 seçki məntəqəsi yaradılıb.

Bu gün keçirilən növbədənkənar prezident seçkilərində 52 min 195 seçicinin iştirakı gözlənilir. Seçki prosesini izləmək üçün 9 məntəqədə ( 4-ü şəhərdə, 3-ü kənddə, 2-si isə Biləsuvarda) veb-kamera quraşdırılıb. Səsverməni 692 yerli, ATƏT-in iki, MDB-nin bir müşahidəçisi izləyir.

Dairə seçki komissiyasının sədri Səlamət Kərimov bildirib ki, məntəqələrdə seçicilərin aktivliyi müşahidə olunur. Səsvermə zamanı hələlik hər hansı bir qanun pozuntusu qeydə alınmayıb.

Qeyd edək ki, növbədənkənar prezident seçkilərində dairə üzrə 2 062 nəfər ilk dəfə, bu gün 18 yaşı tamam olan 4 nəfər isə öz səsvermə hüququndan istifadə edəcək. 

 





07.02.2024    çap et  çap et