525.Az

60 saylı Quba-Qusar seçki dairəsində yüksək seçici fəallığı - İlk səs verənlər qazilər oldu


 

60 saylı Quba-Qusar seçki dairəsində yüksək seçici fəallığı - <b style="color:red"> İlk səs verənlər qazilər oldu</b>

“Hələ səsverməyə yarım saat qalmış 60 saylı Quba-Qusar seçki dairəsinin 45 saylı Balaqusar seçki məntəqəsinin qarşısında izdiham vardı. Havanın qarlı-sazaqlı olmasına baxmayaraq, seçicilərin yüksək aktivliyi müşahidə edilir. Demək olar ki, iyahıda adları olan bütün seçicilər məntəqəyə üz tutublar. Bu, bizi çox sevindirir”.

525.az xəbər verir ki, bu barədə secki-2024.az saytına açıqlamasında 60 saylı Quba-Qusar seçki dairəsinin 45 saylı Balaqusar seçki məntəqəsinin sədri Babacan Zəkiyev söyləyib.

Seçki məntəqəsinin sədri bir faktı xüsusi olaraq qeyd edib ki, məntəqəyə ilk gələnlər və ilk səs verənlər balaqusarlı Vətən müharibəsi qaziləri olub: “Qazilərin seçkidə bu cür fəallıq göstərməsi, doğrudan da, qürurvericidir. Onlarla hamımız həmişə fəxr etmişik. Prezident seçkilərinə yüksək vətəndaş məsuluyyəti və sevgi ilə yanaşmaları bizi çox sevindirir”.

Qeyd edək ki, paytaxtdan və bölgələrdən aldığımız məlumatlara əsasən, səsvermə prosesində elektoratın yüksək aktivliyi müşahidə olunmaqdadır.  

 





07.02.2024    çap et  çap et