525.Az

"Hazırda seçkidə böyük izdiham müşahidə edirik" -  Məntəqə sədri


 

"Hazırda seçkidə böyük izdiham müşahidə edirik" - <b style="color:red"> Məntəqə sədri</b>

"Məntəqə saat 08:00-da açılıb. Hazırda seçkidə böyük izdiham müşahidə edirik. Vətəndaşlar böyük həvəslə istədikləri namizədə səs verirlər".

525.az Secki-2024.az saytına istinadən xəbər verir ki, bu barədə 24 saylı Nizami I seçki dairəsinin 11 saylı məntəqəsinin sədri Mətanət Cabbarlı məlumat verib. Sədr vurğulayıb ki, məntəqə üzrə 1446 seçici qeydiyyatdadır. Onun sözlərinə görə, məntəqədə veb-kamera və sağlamlıq imkanları məhdud insanlar üçün pandus quraşdırılıb.

Qeyd edək ki, seçki prosesini çoxsaylı yerli müşahidəçilər və məşvərətçilər izləyirlər.

 





07.02.2024    çap et  çap et