525.Az

115 saylı Şəki kənd seçki dairəsində 3701 gənc ilk dəfə səs verəcək


 

115 saylı Şəki kənd seçki dairəsində 3701 gənc ilk dəfə səs verəcək<b style="color:red"></b>

Ölkəmizin hər yerində olduğu kimi 115 saylı Şəki kənd seçki dairəsinin məntəqələrində də növbədənkənar prezident seçkiləri seçici aktivliyi ilə müşahidə olunur.

525.az xəbər verir ki, 115 saylı Şəki kənd seçki dairəsi dairə seçki komissiyasının sədri Rasim Əzizov bildirib ki, dairənin tərkibinə 61 seçki məntəqəsi daxildir.

“Son seçici siyahılarına görə, dairə üzrə 54 min 632 seçici qeydə alınıb. Bu dairə üzrə 3 701 gənc ilk dəfə səs verəcək. Bu dairə üzrə seçki məntəqələrinin doqquzunnda veb-kameralar quraşdırılıb. Ən yaşlı seçicinin 98 yaşı var”, - deyə dairə seçki komissiyasının sədri vurğulayıb.

Rasim Əzizov onu da əlavə edib ki, 115 saylı Şəki kənd seçki dairəsi üzrə 8111 müşahidəçi qeydə alınıb.

Dairənin 52 saylı seçki məntəqəsinin sədri Günel Rəhimova bildirib ki, məntəqə üzrə 1495 seçici var: “Onlardan 62 nəfəri ilk dəfə səs verir. Seçicilər öz səsvermə hüququndan istifadə etmək üçün axın-axın məntəqələrə gələrək səs verirlər. Seçki öz axarı ilə davam edir” (Secki-2024.az).

 





07.02.2024    çap et  çap et