525.Az

“Əminəm ki, müdrik xalqımız bu gün düzgün seçim edəcək” -  Polad Bülbüloğlu


 

“Əminəm ki, müdrik xalqımız bu gün düzgün seçim edəcək” - <b style="color:red"> Polad Bülbüloğlu</b>

"Bu gün Azərbaycan dövlətçilik tarixində əlamətdar gündür. Suveren respublikanın bütün tarixində ilk dəfə prezident seçkilərində səsvermə Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçiriləcək".

525.az xəbər verir ki, bu barədə “Report”un Rusiya bürosuna Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu məlumat verib.

“Artıq Bakıda və bir çox şəhərlərimizdə - Xankəndi, Şuşa, Xocalıda artıq səsvermə gedir”, - səfir qeyd edib.

Onun sözlərinə görə, Moskvada iki mindən çox vətəndaşı qəbul edə biləcək iki seçki məntəqəsi açılıb.

P.Bülbüloğlu bildirib ki, bu gün Azərbaycanın Yekaterinburq və Sankt-Peterburqdakı Baş Konsulluqlarında da prezident seçkilərində səsvermə başlayıb: “Mən tam əminəm ki, müdrik Azərbaycan xalqı bu gün düzgün seçim edəcək”.

 





07.02.2024    çap et  çap et