525.Az

Şahin Mustafayev səs verib


 

Şahin Mustafayev səs verib<b style="color:red"></b>

Baş nazirin müavini Şahin Mustafayev prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

525.az “Report”a istinadən xəbər verir ki, o, 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 132 saylı uşaq bağçasında yerləşən 3 saylı seçki məntəqəsində səs verib.

Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özləri tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev mübarizə aparır.

 





07.02.2024    çap et  çap et