525.Az

"Seçkidə iştirak etməkdən qürur hissi keçirirəm" -  94 yaşlı seçici


 

"Seçkidə iştirak etməkdən qürur hissi keçirirəm" - <b style="color:red"> 94 yaşlı seçici</b>

113 saylı Qax-Şəki seçki dairəsinin seçki məntəqələrində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri seçicilərin fəallığı şəraitində davam edir.  

525.az Secki-2024.az saytına istinadən xəbər verir ki, səsvermə hüququ olan vətəndaşlar səhər saatlarından etbarən seçki məntəqələrinə gəlir, müstəqil Azərbaycanın daha da inkişaf etməsi, qüdrətlənməsi naminə öz vətəndaşlıq borclarını yerinə yetirməyə tələsirlər.

Digər məntəqələrdə olduğu kimi, 4 saylı seçki məntəqəsində səhər saatlarından yüksək seçici fəallığı müşahidə olunur. Qax rayon Mədəniyyət Mərkəzində yerləşən seçki məntəqəsində səsvermənin gedişini veb-kamera vasitəsilə izləmək də mümkündür. Eyni zamanda, səsvermə prosesini müxtəlif siyasi partiyaları və ictimai birlikləri təmsil edən 9 nəfər yerli müşahidəçi izləyir.

Səsvermənin azad, demokratik və şəffaf keçirilməsi üçün məntəqədə lazımi şərait yaradılıb. Seçici şəxsiyyətini təsdiqləyən müvafiq sənədi təqdim etdikdən sonra ultrabənövşəyi lampa vasitəsilə onun sol əlinin baş barmağının gözə görünməyən mürəkkəblə işarələnib-işarələnmədiyi yoxlanılır. Sonra seçicinin barmağı gözə görünməyən mürəkkəblə işarələnir və ona bülleten verilir.

Məntəqə üzrə 1007 seçici qeydə alınıb. Onlardan 9 nəfərinin yaşı 80-dən yuxarıdır. İlk olaraq məntəqə üzrə ən yaşlı seçici, 1930-cu il təvəllüdlü Davudova Firuzə Nəbi qızı seçkidə iştirak etməkdən qürur hissi keçirdiyini vurğulayıb: “Əvvəlki seçkilərdə olduğu kimi, bu seçkiyə də böyük həvəslə gəldim. Seçki məntəqəsində məni çox yaxşı qarşıladılar, təlimatlandırdılar. Seçki bülletenində olan namizədlərin adlarını diqqətlə oxudum. Ən layiqli namizədə, ölkəmin inkişafını təmin edə biləcək insana səs verdim”.

 





07.02.2024    çap et  çap et