525.Az

7 saylı Səbail rayon seçki dairəsinin məntəqələrində seçici fəallığı müşahidə olunur


 

7 saylı Səbail rayon seçki dairəsinin məntəqələrində seçici fəallığı müşahidə olunur<b style="color:red"></b>

7 saylı Səbail rayon seçki dairəsinin 2 saylı seçki məntəqəsində yüksək fəallıq müşahidə olunur.

525.az xəbər verir ki, məntəqə üzrə 1376 seçici qeydə alınıb. Onlardan 21 nəfəri seçkidə ilk dəfə səs verən vətəndaşlardır. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının binasında yerləşən bu məntəqədə prezident seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Məntəqə, həmçinin lazımi texniki vasitələrlə təmin edilib. Səsvermənin gedişini izləmək üçün məntəqədə veb-kamera quraşdırılıb.

Məntəqə seçki komissiyasının sədri Süleyman Əliyev bildirib ki, seçicilər azad, sərbəst və demokratik şəraitdə istədikləri namizədlərə səs verə bilirlər (Secki-2024.az).

 





07.02.2024    çap et  çap et