525.Az

"İnsanların seçki prosesində iştirakı üçün bütün qaydalara əməl edilir" -  Pakistan senatının üzvü


 

"İnsanların seçki prosesində iştirakı üçün bütün qaydalara əməl edilir" - <b style="color:red"> Pakistan senatının üzvü</b>

“Seçki prosesi qanunvericiliyə uyğun şəkildə keçirilir və iştirak edənlərin sayı çoxdur”.

525.az Secki-2024.az saytına istinadən xəbər verir ki, bu sözləri 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsi üzrə 5 və 6 saylı seçki məntəqələrində müşahidə aparan beynəlxalq müşahidəçi, Pakistan senatının üzvü Rahman Faisal Saleem deyib.

Onun sözlərinə görə, bu, ümumilikdə ölkə üçün çox yaxşı haldır: “Səsvermə prosesi öz qaydasında və şəffaf şəkildə aparılır. İnsanların seçki prosesində iştirakı üçün bütün qaydalara əməl edilir. Düşünürəm ki, səsvermə yekunlaşana qədər bu vəziyyət belə davam edəcək”.

 





07.02.2024    çap et  çap et