525.Az

“Laçında seçicilər bayram əhval-ruhiyyəsindədir” -  Məntəqə sədri


 

“Laçında seçicilər bayram əhval-ruhiyyəsindədir” - <b style="color:red"> Məntəqə sədri</b>

“Laçın şəhərində ilk dəfə keçirilən prezident seçkilərində seçicilərin yüksək fəallığı müşahidə olunur. İnsanlar bayram əhval-ruhiyyəsindədir. Hamı böyük sevinc və qürur hissi ilə səs verməyə gəlir”.

525.az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında 121 saylı Laçın seçki dairəsinin 105 saylı seçki məntəqəsənin sədri Şəbnəm Uğurlu bildirib.

O vurğulayıb ki, seçicilər səhər saat 8-dən əvvəl, hələ səsvermə başlamazdan əvvəl məntəqənin qarşısında toplaşıblar: “Məntəqəmizdə seçicilərin azad, sərbəst, demokratik şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb. İnsanlar kütləvi şəkildə böyük qürur ilə seçkidə iştirak edib öz namizədlərinə səs verirlər”.

 





07.02.2024    çap et  çap et