525.Az

"Səsvermə yüksək səviyyədə keçir" - Müşahidəçi


 

"Səsvermə yüksək səviyyədə keçir" - <b style="color:red"> Müşahidəçi</b>

"Biz Dağıstandan gəlmişik. Mən Dağıstan Respublikasının Parlamentini beynəlxalq müşahidəçi qismində təmsil edirəm. Bu gün biz Xaçmazda, 57 saylı seçki dairəsindəyik. Seçki yaxşı keçir".

525.az Secki-2024.az saytına istinadən xəbər verir ki, bunu Xaçmaz şəhərində seçkiləri izləyən beynəlxalq müşahidəçi Musafəndi Vəlimuradov deyib.

“Burada bütün partiyalardan müşahidəçilər var. Namizədliyi irəli sürülən şəxslərin nümayəndələri var. Heç bir pozuntu müşahidə edilməyib”, - deyən beynəlxalq müşahidəçi bildirib ki, onlar başqa məntəqələrdə də olublar: “Hər şey çox yaxşı təşkil edilib. Deyə bilərəm ki, seçkilər yüksək səviyyədə keçir. Gün ərzində başqa məntəqələrdə də olacağıq. Hər hansı bir pozuntu olsa, onları qeydə alacağıq”.

 





07.02.2024    çap et  çap et