525.Az

Məzahir Pənahov YSK sədri Ahmet Yenerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb


 

Məzahir Pənahov YSK sədri Ahmet Yenerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb<b style="color:red"></b>

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Yüksək Seçim Kurulu (YSK) sədri Ahmet Yenerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

525.az xəbər verir ki, Məzahir Pənahov qonaqları salamlayaraq, onları yenidən Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. M.Pənahov ölkələrimiz arasında münasibətlərdən danışaraq qeyd edib ki, iki ölkə arasında dostluq və qardaşlıq əlaqələri günü-gündən daha da möhkəmlənir.

MSK sədri vurğulayıb ki, Azərbaycan və Türkiyənin ali seçki qurumları arasında mövcud olan uzunmüddətli sıx əməkdaşlıq mövcuddur.

Səmimi qəbula görə minnətdarlığını bildirən YSK sədri Ahmet Yener və nümayəndə heyətinin üzvləri qardaş Azərbaycanda olmaqdan şad olduqlarını söyləyiblər. 

“Səhər sırada gözləyən seçiciləri görəndə əmin olduq ki, vətəndaşlar səs verməkdə çox maraqlıdır və onların səs verməsi üçün lazımi şərait yaradılıb. Məntəqə üzvləri çox peşəkar davranır. Getdiyimiz məktəblərdə mətbuat nümayəndələrini, müşahidəçiləri gördük”, - deyə YSK sədri Ahmet Yener vurğulayıb.

 





07.02.2024    çap et  çap et