525.Az

Parisdəki seçki məntəqəsində səsvermə başlayıb


 

Parisdəki seçki məntəqəsində səsvermə başlayıb<b style="color:red"></b>

Fransanın paytaxtı Parisdəki seçki məntəqəsində səsvermə başlayıb.

525.az Secki-2024.az saytına istinadən xəbər verir ki, yerli vaxtla səhər saat 08:00-da növbədənkənar prezident seçkiləri ilə bağlı Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində yaradılan seçki məntəqəsində səsverməyə start verilib.

Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Fransada yaşayan Azərbaycan vətəndaşları seçkilərdə fəallıq nümayiş etdirirlər.

Qeyd edək ki, prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

 





07.02.2024    çap et  çap et